«Hesab edirəm ki, biz bu oyunda iki xal itirdik»
Xəbərlər / 21 Sentyabr 2014 | 16:45204
«Hesab edirəm ki, biz bu oyunda iki xal itirdik»

Premyer Liqanın VI turu çərçivəsində baş tutan “Qəbələ” – “Neftçi” (0:0) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Dorinel Muntyanu oyun barədə düşüncələrini açıqlayıb. Rumıniyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:

“İlk növbədə bütün futbolçularımı yaxşı oyun münasibəti ilə təbrik edirəm. Futbolçular meydançada çox çalışdılar. Etiraf etməliyəm ki, “Neftçi” çox güclü komandadır. Rəqibin fərdi keyfiyyətləri yüksək olan futbolçuları çoxdur. Amma hesab edirəm ki, biz bu oyunda iki xal itirdik”