“Heyəti tam komplektləşdirməliyik”
Xəbərlər / 4 Avqust 2026 | 23:3210
“Heyəti tam komplektləşdirməliyik”

Komandamızın baş məşqçisi Kaxaber Tsxadadze “Şamaxı” ilə yoxlama oyunundan (1:2) sonra fikirlərini bildirib. Təcrübəli mütəxəssis matçı və ümumi hazırlığı dəyərləndirib:

 

“Hazırda yeni mövsümə heç 70 faiz də hazır ola bilmərik. Çünki bir çox futbolçular komandaya gec qoşuldular. Bir qədər vaxt lazımdır ki, funksional hazırlıqları yüksəlsin və komanda oyunu oturuşsun. Təəssüf ki, vaxtımız az qalıb, çempionat başlayır. Düşünürəm ki, formaya düşəcəyik. Bu gün də birinci hissə ilə ikinci arasında böyük fərq gördük. Hələ ki, transfer işlərini başa vurmamışıq. Bir çox komandalarda da vəziyyət eynidir. Bizdə yeni transferlərdən yalnız Mabea və Monzanqo hazırlığa başlayanda gəldi. Digər yeni futbolçularımız bizə gec qoşuldular. Ən vacibi heyəti tam komplektləşdirməliyik. Komanda üç günlük istirahətə buraxılacaq, daha sonra isə “Turan Tovuz”la oyunun hazırlığına başlayacağıq. “Turan Tovuz” çox güclü, möhkəm komandadır. Lakin çalışacağıq ki, uğurlu nəticə əldə edək”.