Hollandiya gündəliyi 16.07.2014 - Fotoreportaj
Xəbərlər / 16 İyul 2014 | 22:35160
Növbəti mövsümün hazırlıqlarını Hollandiyanın Arnem bölgəsində davam etdirən "Qəbələ" günü bir məşqlə tamamlayıb. Günün ikinci yarısında baş tutan məşq prosesinin ilk hissəsi fitnes zalında gerçəkləşib. Müxtəlif fiziki təmrinlər yerinə yetirən futbolçular daha sonra hazırlıq prosesini meydançada davam etdiriblər. Baş məşqçi Dorinel Muntyanunun rəhbərliyi altında baş tutan məşqdə komanda müxtəlif toplu və topsuz çalışmalar reallaşdırıb. Yüngül zədəsi olan Ruslan Tağızadə qaçışla kifayətlənib.