«Hücumçu kimi üzərimə düşən məsuliyyəti yaxşı anlayıram»
Xəbərlər / 24 İyul 2014 | 12:14320
«Hücumçu kimi üzərimə düşən məsuliyyəti yaxşı anlayıram»

"İlk oyunda qol vurmaq sevindirici haldır. Nəzərə almaq lazımdır ki, 2 gündür komanda ilə məşqlərə başlamışam. Hələ tam fiziki formamı yığmamışam. Çempionatın startına kimi hazır duruma gəlmək üçün maksimum səy göstərəcəm".

Bu sözləri "Qəbələ"nin yeni futbolçusu Yazalde Pinto Hollandiya toplanışı çərçivəsində baş tutan "Qəbələ"-Konyaspor" (2:0) matçının ardından söyləyib. Qarşılaşmaya sonradan daxil olan və ikinci qola imza atan portuqaliyalı hücumçu komanda yoldaşları ilə yaxşı anlaşdığını söyləyib. O, ölkə çempionatında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyinə inandığını deyib:

"Komandam ilə ilk oyuna çıxmağıma baxmayaraq, futbolçu yoldaşlarımla yaxşı anlaşdıq. Bir neçə qol epizodu yarada bildik. Bizi qarşıda uzun və ciddi marafon gözləyir. Hücumçu kimi üzərimə düşən məsuliyyəti yaxşı anlayıram. Komandanın irəli getməsi üçün qol vurmalıyam. Özümə, bacarığıma güvənirəm. İnanıram ki, məndən gözlənilənləri ortaya qoya biləcəyəm".