«Hücumların tamamlanmasında dəqiqlik çatmadı»
Xəbərlər / 29 Sentyabr 2013 | 18:57217
Premyer Liqanın VIII turu çərçivəsində baş tutan "Simurq"-"Qəbələ" (0:0) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin fikirlərini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük: “Müdafiədə yaxşı oynadıq. Faktiki rəqibə real qol vəziyyəti yaratmağa imkan vermədik. Hücumda istənilən səviyyədə çıxış etmədik. Ancaq yetərincə qol imkanlarımız vardı. Son ötürmələrdə və hücumların tamamlanmasında dəqiqlik çatmadı. Biz müxtəlif variantlar axtardıq, hücumçuları əvəzlədik. Amma onlar əllərinə düşən imkanları dəyərləndirə bilmədilər. Gözəl bilirdik ki, "Simurq" müdafiədə diqqətli oynayır. Sözügedən kollektiv Premyer Liqada ən az qol buraxan komandalardandır. Bu gün aktivimizə bir xal yazdıq və irəliyə doğru addımıayırıq. Düşünmürəm ki, bu gün Amit və Dodo zəif oynadı. Bəlkə də ən yaxşı oyunları deyildi. Amma onlar verdiyim tapşırıqları yerinə yetirə bildi. Əslində 3-cü əvəzləmədən yararlanıb, Nizamini meydana buraxmağı düşünürdüm. Ancaq Dodo yaxşı oynadığından fikrimdən daşındım”.