Azərbaycanın və “Qəbələ” İdman Klubunun iki cüdoçusu Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bunlar Kəramət Hüseynovla (60 kq) Uşanqi Kokauridir (+100 kq). Onlar Beynəlxalq Cüdo Federasiyasının (İJF) açıqladığı Olimpiada iştirakçılarının siyahısında yer alıb. Kəramət İJF-nın Olimpiya reytinqində 3080 xalla 19-cu yerlə Olimpiadada iştirak hüququna yiyələnib. 3208 xala malik Uşanqi isə 18-ci yerlə bu vəsiqəyə sahib çıxıb.
Tokiodakı yarış Hüseynovun ilk Olimpiadası olacaq. Rio-2016-nın iştirakçısı olan Kokauri isə ikinci dəfə bu yarışa qatılacaq.
Xatırladaq ki, Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.