I Qəbələ Kuboku mükafatçıların təltifetmə mərasimi ilə sona çatıb. Əvvəlcə final görüşünü idarə edən hakimlərə, ardından isə bütün komandaların kapitanlarına “Qəbələ” Futbol Klubunun vitse-prezidenti Fariz Nəcəfov tərfindən turnirin xatirə plaketləri təqdim olunub. Daha sonra müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçulara makafatlarını alıblar.
- “Fair Play” – Sintevr Bart (“Feyenoord”)
- Ən Yaxşı Qapıçı – Mario Qarsiya Errero (“Levante”)
- Ən Yaxşı Müdafiəçi – Andreas Olsen (“Brondbü”)
- Ən Yaxşı Yarımmüdafiəçi – Birhan Vatansever (“Qalatasaray”)
- Ən Yaxşı Hücumçu – Manuel Sena (“Vilyarreal”)
- Ən Dəyərli Oyunçu – Nemanya Qlavciç (Serbiya MK)
Ardından isə İlk üç pilləni tutan komandalara medallar və kubok təqdim olunub. 2-ci və 3-cü yerin sahiblərinə - Serbiya MK və “Levante”yə mükafatlar AFFA-nın baş katibi Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev və “Qəbələ” Futbol Klubunun vitse-prezidenti Fariz Nəcəfov tərəfindən verilib. Sonda isə fəxri kürsüyə I Qəbələ Kubokunun çempionları – “Qalatasaray” futbolçuları çıxıblar. Azərbaycan və Qəbələyə sevgilərini kürsüyə Azərbaycan bayrağı ilə çıxmaqla nümayiş etdirən qardaş ölkə təmsilçilərinə qızıl medallar və çempionluq kuboku “Qəbələ” Futbol Klubunun prezidenti Tale Heydərov tərəfindən təqdim edilib.
Bununla da, bir çox ilklərlə tarixə düşən I Qəbələ Kuboku möhtəşəm qapanış mərasimi ilə sona çatıb.