Turnirin ikinci oyun günü keçirilən 4 qarşılaşma I Qəbələ Kubokunun qrup mərhələsi yekunlaşıb. A qrupunun ilk matçında “Qəbələ” İspaniya təmsilçisi “Vilyarreal”la üz-üzə gəlib. Yarımfinala yüksəlmək baxımından hər iki tərəf üçün həlledici rol oynayan görüşdə “Vilyarreal” 3:0 hesabilə qalib gəlib və “Qəbələ”nin mükafatçılar sırasına düşmək şansının üzərindən xətt çəkib. Qrupun digər oyununda “Qalatasaray” “Brondbü” ilə münasibətlərinə aydınlıq gətirib. Gərgin mübarizə şəraitində keçən matç 1:1 hesabilə yekunlaşıb. Bu nəticələrdən sonra “Qalatasaray” 5 xalla qrup lideri kimi yarımfinala yüksəlib. 4 xala malik “Brondbü” və “Vilyarreal” isə müvafiq olaraq qrupun 2-ci və 3-cü yerlərində qərarlaşıblar. “Qəbələ” isə qrupu 3 xalla sonuncu yerdə tamamlayıb.
B qrupunun son oyunlarında “Qarabağ” Serbiya yığması, “Levante” isə “Feyenoord”la qarşılaşıb. Qrupun ilk iki matçında qalib gələn Serbiya “Qarabağ”ı 6:0 hesabilə məğlub edib və maksimum nəticə - 9 xalla yarımfinala yüksəlib. Digər oyunda “Feyenoord”u 3:0 hesabilə üstələyən “Levante” 6 xalla yarımfinala vəsiqəni təmin edib. “Feyenoord” 3 xalla 3-cü, “Qarabağ” isə bütün oyunları məğlub olmaqla qrupu sonuncu yerdə bitirib.
10:00 "Qəbələ" - "Vilyarreal" 0:3
10:00 "Qarabağ" - Serbiya MK 0:6
11:30 "Levante" - "Feyenoord" 3:0
11:30 "Qalatasaray" - "Brondbü" 1:1
Bu nəticələrdən sonra mükafatlar və 5-8-ci yerlər uğrunda mübarizə aparacaq cütlüklər bəlli olub.
5-8-ci yerlər uğrunda matçlar:
20:30 “Qəbələ” – “Feyenoord” 2:2 (p: 5:4)
19:00 “Qarabağ” – “Vilyarreal” 0:2
Yarımfinal:
19:00 Serbiya MK – “Brondbü” 1:0
20:30 “Qalatasaray” – “Levante” 1:0