I Qəbələ Kuboku qrup qarşılaşmaları ilə start götürdü. Günün ilk oyunlarında A qrupunda "Qəbələ" - "Brondbü", B qrupunda isə "Qarabağ" - "Levante" matçı baş tutub. Eyni vaxtda keçirilən oyunlarda "Qəbələ" rəqib üzərində böyükhesablı qələbə qazansa da, digər Azərbaycan təmsilçisi "Qarabağ" minimal hesablı məğlubiyyətlə razılaşıb.
"Qəbələ" - "Brondbü" matçı meydan sahiblərinin üstünlüyü ilə keçib. "Qəbələ"nin 6 qoluna danimarkalılar 2 qolla cavab veriblər. Komandamızın heyətində Coşqun Süleymanov (2), Viqar Əlibabayev (2), Əli Səmədov və Ülvi İskəndərov fərqləniblər. İspanlarla qarşılaşmada məğlub olan "Qarabağın yeganə qoluna isə Şaxban Cəbrayılov imza atıb.
Qrupların digər – 11:30-da baş tutan oyunlarında “Qalatasaray” – “Vilyarreal” və “Feyenoord” – Serbiya MK münasibətlərinə aydınlıq gətiriblər. A qrupunun ikinci oyununda – “Qalatasaray” – “Vilyarreal” görüşündə tərəflər hərəyə bir dəfə fərqləniblər və meydançadan sülhlə ayrılıblar – 1:1. B qrupunda baş tutan ininci qarşılaşma isə məhsuldarlığı ilə yadda qalıb. Serbiya MK rəqibin qapısından 5 cavabsız top keçirib.
Turnirin rəsmi aşılış matçında - A qrupunun 2-ci turunda "Qəbələ" "Qalatasaray"la üz-üzə gəlib. Sözügedən matçda daha inamlı təsir bağışlatan İstanbul təmsilçisi 2:0 hesablı qalibiyyət qazanıb.
A qrupunun 2-ci turunun digər oyununda "Brondbü" "Vilyarreal"la qarşılaşıb. Görüşdə rəqibini üstələyən "Brondbü" minimal hesablı qələbəni təmin edib - 1:0.
B qrupunda baş tutan qarşılaşmalarda "Qarabağ" "Feyenoord"la, "Levante" Serbiya yığması ilə üzləşib. Gərgin mübarizə şəraitində keçən oyunlarda "Feyenoord" 1:0, Serbiya MK isə 2:1 hesabilə qalib gəlib.
31 may
10:00 "Qəbələ" - "Brondbü" 6:2
10:00 "Qarabağ" - "Levante" 1:2
11:30 “Qalatasaray” – “Vilyarreal” 1:1
11:30 Serbiya MK – “Feyenoord” 5:0
19:00 "Qəbələ" - "Qalatasaray" 0:2
19:00 "Qarabağ" - "Feyenoord" 0:1
20:30 "Brondbü" - "Vilyarreal" 1:0
20:30 "Levante" - Serbiya MK 1:2