I Qəbələ Kubokunun qalibi - «Qalatasaray» - Fotoreportaj
Xəbərlər / 3 İyun 2012 | 19:42409
I Qəbələ Kubokunun qalibi - «Qalatasaray» - Fotoreportaj

"Qalatasaray" - Serbiya MK 1:1 (P: 4:2)

I Qəbələ Kuboku möhtəşəm final oyunu ilə sona çatdı. Turnirin qalibini müəyyənləşdirən matçda “Qalatasaray” və Serbiya milli komandası üz-üzə gəldi. Finala kimi bütün qarşılaşmalarda inamlı qələbələr qazanan Serbiya və finişə kimi məğlubiyyətsiz irəliləyən “Qalatasaray”ın “toqquşması” hamı tərəfindən maraqla gözlənirdi. Matç gözlənildiyi kimi maraqlı və gərgin keçdi. Qarşılaşmaya sürətli başlayan Türkiyə təmsilçisi 5-ci dəqiqədə Gökhan Göksunun dəqiq zərbəsi ilə hesabda irəli çıxdı. İlk hissə bu hesabla sona çatdı. İkinci hissəyə daha üstün başlayan Serbiya ardıcıl “Qalatasaray”ın qapısı önündə təhlükəli epizodlar yaratmağa başladı. 39-cu dəqiqədə Kasım Karlıdağın meydandan qovulması cəmi bir dəqiqə sonra öz effektini göstərdi. Serbiya azlıqda qalan “Qalatasaray”ı Luka Voviçin dəqiq zərbəsi ilə meydançanın mərkəzinə dəvət etdi – 1:1. Bu dəqiqədən sonra Serbiya hücum edən, “Qalatasaray” isə müdafiə olunan tərəf idi. Lakin sona qədər hesab dəyişmədi və qızıl medalların taleyi penaltilərlə həll olundu. Penaltilər seriyasında daha dəqiq olan İstanbul təmsilçisi rəqibini 4:2 hesabilə məğlub etdi və Qəbələ Kuboku Beynəlxalq Futbol Turnirinin ilk qalibi kimi tarixə düşdü.

Təbriklər “Qalatasaray”!!!