Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
“Qırmızı-qaralar” İbrahim Sanqareni heyətinə qatıb. 31 yaşlı fransalı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Forvardın son klubu İsrail təmsilçisi “Hapoel Hadera” olub. Sanqare bunadək Fransada “Lentente”, “Şambli”, “Avranş”, “Oser”, “Kretey”, “Orlean”, “Le Puy”, Türkiyədə “Giresunspor”, “Menemenspor”, Kiprdə “Otelyos” klublarının da formasını geyinib.
Xatırladaq ki, “Qəbələ” bunadək Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kundeni transfer edib.