Azərbaycan Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Oyun barədə çox danışmaq istəmirəm. Ümumilikdə komanda istədiyim kimi oynadı. Daha çox hücumda oldu. Çoxsaylı epizodlar yaratdıq. Sadəcə dəyərləndirməkdə çətinlik çəkdik. İddiamızdan əl çəkməyəcəyik. Sonadək iddiamızı meydanda göstərəcəyik”.