İdmançımız universiadanın bürüncünə yiyələndi
Cüdo / 15 İyul 2013 | 20:221063
Rusiyanın Kazan şəhərində keçirilən XXVII Yay Universiadasında Azərbaycanı və "Qəbələ" İdman Klubunu sambo növündə təmsil edən Emil Həsənov uğurlu çıxışla yadda qalıb.
İdmançımız 68 kq çəki dərəcəsində 3-cü yerə sahib olub. O, müvafiq olaraq Eldiyar Jarkınbayı (Qırğızıstan) və Katalin Bratuleskunu (Rumıniya) üstələyib, yarımfinala yüksəlib. Burada isə təmsilçimiz yerli idmançı Denis Davudova uduzub. Həlledici - bürünc medal uğrunda yarışda isə Həsənov koreyalı idmançı Min Suk Yunqu məğlub edib və universiadanın medalçılar sırasına adını yazdırıb.