21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin iki oyunçusu yığmaya çağırılıb. Bunlar İdris İnqilablı və Rüfət Əhmədovdur. Onlar millinin Avropa çempionatının seçmə mərhələsindəki son matçına dəvət alıb. Millimiz noyabrın 12-da səfərdə İsveçrə yığması ilə qarşılaşacaq.