II Qəbələ Kubokuna son oyun günündə keçirilən 4 matçla yekun vurulub. Günün ilk qarşılaşmalarında 5-8-ci yerləri tutan komandalar müəyyənləşib.
Günün ikinci yarısında isə mükafatçı komandaların adlarına aydınlıq gəlib.
3-cü yer uğrunda oyunda «Barselona» və «Şaxtyor» qarşılaşıb. Kataloniya təmsilçisi 2:0 hesablı qələbə qazanaraq, üçüncü yerin sahibi olub.
Və turnirin son – final oyununda «Portu» və «Feyenoord» qarşılaşıb. Matçın əsas vaxtı 2:2 hesab ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşib. Bu zaman 4:2 hesablı qələbə qazanan Portuqaliya klubu II Qəbələ Kubokunun qalibi olub.
Xatırladaq ki, ötən il keçirilən I Qəbələ Kubokunu «Qalatasaray» qazanmışdı.
VII yer uğrunda matç
10:00 "Qəbələ" - "Zenit" 1:1 (p. 4:2)
V yer uğrunda oyun
10:00 "Bakı" - "Beşiktaş" 1:3
III Yer uğrunda oyun
15:00 "Barselona" -"Şaxtyor" 2:0
Final
18:30 "Portu" - "Feyenoord" 2:2 p. 4:2