II Qəbələ Kubokuna təntənəli təltifetmə mərasimi ilə yekun vurulub. İlk öncə səhnəyə müxtəlif nominasiyalar üzrə turnirin fərqlənən futbolçuları dəvət ediliblər. Nominasiyalar üzrə təltif olunan futbolçuların siyahısı aşağıdakı kimidir.
Ən yaxşı qapıçı: Karles Fernandes (Barselona)
Ən yaxşı müdafiəçi: Rodney Konqolo (Feyenord)
Ən yaxşı yarımmüdafiəçi: Baxşəliyev Baxşəli (Qəbələ), Topolov Dimitry (Şaxtyor)
Ən yaxşı hücumçu: Madi Queta (Portu), Rıfat Canaslan (Beşiktaş)
Ən yaxşı oyunçu: Lii Seunqvo (Barselona)
Fair Play: Emil Əliyev ("Bakı", kapitan), Vitaliy Qorulev ("Zenit", kapitan)
Fərqlənən futbolçular xatirə hədiyyələrini "Qəbələ" İdman Klubunun prezident müşaviri Toni Adams, "Qəbələ" Futbol Akademiyasının direktoru Stenli Brard, "Feyenoord" U-15 komandasının baş məşqçisi Roy Makaay, "Qəbələ" Futbol Akademiyasının keçmiç direktoru Ali Yavaş və "Qəbələ" İdman Klubunun vitse-prezidenti Fariz Nəcəfovdan alıblar.
Daha sonra ilk 3 yerin sahibinə kubok və medallar təqdim olunub. Qaliblər "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərov və vitse-prezident Fariz Nəcəfov tərəfindən təltif ediliblər. Öncə səhnəyə bürünc medalların sahibi "Barselona" qalxıb. Daha sonra "Feyenoord" gümüş medallara və kubokuna qovuşub. Sonda isə II Qəbələ Kubokunun qalibi "Portu" Çempionluq Kubokunu başı üzərinə qaldırıb. Portuqaliyalıların stadionda zəfər dövrəsindən sonra II Qəbələ Kuboku yekunlaşıb.