Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək II Beynəlxalq Qəbələ Kubokunun iştirakçılarının tam siyahısı artıq müəyyənləşmək üzrədir. Turnirdə yer almaq üçün dəvət alan daha iki klub - Ukrayna təmsilçisi "Şaxtyor" və ölkəmizi turnirdə təmsil edəcək digər komanda "Bakı" rəsmi məktubla II Qəbələ Kubokunda iştirakını təsdiqləyib.
Xatırladaq ki, daha əvvəl üç komanda – İspaniya "Barselona"sı, Türkiyə və Rusiya təmsilçiləri “Beşiktaş” və “Zenit” turnirdə iştirakını rəsmi şəkildə təsdiqləmişdi. 28 may – 02 iyun tarixlərinə baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək.
Xatırladaq ki, ilk turnir 30 may – 04 iyun 2012-ci il tarixlərində “Vilyarreal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya yığma komandasının iştirakı ilə baş tutmuşdu. I Qəbələ Kubokunda Azərbaycan “Qarabağ” və “Qəbələ” ilə təmsil olunmuşdu.