Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək II Beynəlxalq Qəbələ Kubokunun iştirakçılarının siyahısına daha biri əlavə olunub. Turnirdə çıxış üçün dəvət alan Portuqaliya təmsilçisi "Porto" rəsmi məktubla II Qəbələ Kubokunda iştirakını təsdiqləyib. Bununla da 28 may - 02 iyun tarixlərində baş tutacaq II Qəbələ Kubokunun bütün iştirakçıları müəyyənləşib.
Daha əvvəl 6 komanda – "Barselona", "Şaxtyor", “Beşiktaş”, “Zenit”, "Feyenoord" və "Bakı" turnirdə iştirakını rəsmi şəkildə təsdiqləmişdi.
Xatırladaq ki, ilk turnir 30 may – 04 iyun 2012-ci il tarixlərində “Vilyarreal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya yığma komandasının iştirakı ilə baş tutmuşdu. I Qəbələ Kubokunda Azərbaycan “Qarabağ” və “Qəbələ” ilə təmsil olunmuşdu.