Bu gün I Liqada III dövrəyə start veriləcək.
İki gün davam edəcək XIX turun oyunlarına sabah yekun vurulacaq. “Qəbələ” milli komandaların görüşləri ilə əlaqədar fasilədən sonra ilk matçına çıxacaq.
“Qırmızı-qaralar” turun ikinci günündə “Mingəçevir”lə üz-üzə gələcək. Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda III dövrəyə evdə başlayacaq.
Matç Qəbələ şəhər stadionunda keçiriləcək. Murad Səlimovun baş hakim olacağı görüş saat 16:00-da başlayacaq. Qarşılaşma Peşəkar Futbol Liqasının I Liqa // II Liqa yutub kanalında canlı yayımlanacaq.
Qeyd edək ki, 18 oyunda 46 xal toplayan “qırmızı-qaralar” I Liqanın lideridir.
I Liqa
XIX tur
28 mart (cümə)
16:00. “Qəbələ” – “Mingəçevir”
Hakimlər: Murad Səlimov, Vüqar Bayramov, Aydın Bəxşiyev, Niyaz Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu