Bu gün günün ilk yarısında III Qəbələ Kubokunda ilkin mərhələyə - qrup oyunlarına yekun vurulub. Qrup mərhələsinin III turu çərçivəsində baş tutan qarşılaşmalardan sonra yarımfinalçılar bəlli olub. Turnirin açılış gününü bir qələbə, bir məğlubiyyətlə tamamlayan "Qəbələ" üçüncü oyunda "Liverpul"la üz-üzə gəlib. Matçın gedişində 0:2 hesabilə geriyə düşən "qırmızı-qaralar" final fitinə qədər hesabı bərabərləşdirməyə müvəffəq olub və xallarının sayını 4-ə çatdırıb. Qrupun digər oyununda lider "Fənərbağça"nın "Udineze"ni 2:0 hesabilə məğlub etməsi "Qəbələ"nin yarımfinala vəsiqəsini təmin edib.
B qrupundan isə son oyunlarda qələbə qazanan "Rapid" və "Anderlext" yarımfinala vəsiqə qazanıb. "Lokomotiv" və "Neftçi" qrupu müvafiq olaraq 3-cü və 4-cü yerdə tamamlayıb.
III tur
A qrupu
“Qəbələ” – “Liverpul” 2:2
Qollar: Fərid Nəbiyev (pen.), Kamran Quliyev – Okea Simons (2)
“Fənərbağça” – “Udineze” 2:0
Qollar: Berkay Sefa Kara, Tarık Zorlukol
1. “Fənərbağça” 3 3 0 0 6-0 9
2. “Qəbələ” 3 1 1 1 3-5 4
3. “Udineze” 3 1 0 2 1-3 3
4. “Liverpul” 3 0 1 2 2-4 1
B qrupu
“Rapid” – “Lokomotiv” 3:0
Qollar: Patrik Obermüller (2), Dennis Yetiçi
“Neftçi” – “Anderlext” 0:1
Qollar: Françesko Antoniko
1. “Anderlext” 3 2 1 0 6-3 72. “Rapid” 3 2 0 1 6-4 63. “Lokomotiv” 3 1 1 1 4-5 4 4. “Neftçi” 3 0 0 3 1-5 0
Yarımfinal oyunları
18:30 “Fənərbağça” – “Rapid”
19:40 “Anderlext” – “Qəbələ”
5-8-ci yerlər uğrunda
21:00 “Udineze” – “Neftçi”
21:00 “Lokomotiv” – “Liverpul”