«İki fərqlı hissə alındı»
Xəbərlər / 15 Fevral 2014 | 21:02218
Premyer Liqanın XXI turu çərçivəsində baş tutan "Qəbələ"-"Xəzər Lənkəran"(2:3) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:"Qarşılaşmada iki fərqli hissə alındı. Birinci hissədə futbolçularım daha yaxşı çıxış etdi, hesabda irəli çıxmağı bacardıq. İkinci hissədə buraxdığımız qoldan sonra futbolçularımın psixoloji baxımdan gərginlik keçirməsi diqqət çəkməyə başladı. Məhz ondan sonra oyunumuzu itirdik. Müdafiə xəttinin yaxşı oynamadığını demək lazımdı. Bunun nəticəsində də məğlub olduq".