«İki fərqli hissə izlədik»
Xəbərlər / 13 Sentyabr 2020 | 22:02183
«İki fərqli hissə izlədik»

Azərbaycan Premyer Liqasının II turunun “Sabah” – “Qəbələ” oyunundan (3:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 40 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:

“İki hissə izlədik. İlk yarıda bir az istədiyimiz futbolu göstərmədik. İkinci hissədə meydanda istədiyim “Qəbələ” var idi. Çatışmazlıqlar olduğunu bilirik. Komandaya yeni qoşulanlar var ki, onların heyətə uyğunlaşması üçün zaman lazımdır. Daha yaxşı oyun nümayiş etdirən komanda görəcəyimizə inanıram. Futbolçularımızın hamısına inanırıq. Buraxdığımız fərdi səhvlər göstərir ki, yeni qoşulanlar komandaya uyğunlaşmayıb və xətlərarası əlaqələr yüksək səviyyədə deyil. İkinci hissədəki oyun çox keyfiyyətli idi. Mən belə oyunun tərəfdarıyam ki, komandam hücum etsin, ön xətdə aktiv olsun. Müdafiədə oturan, oyun ərzində 1-2 hücum edən komanda istəmirəm. Heyətə yeni qoşulan Alemao Utziq çox keyfiyyətli futbolçudur və çempionatın tapıntısı sayıla bilər. Amma bunun üçün onun komandaya uyğunlaşması vacibdir. Bizi avrokuboklardan daha çox komandanın formalaşması maraqlandırır. Bundan sonra iddia da arta bilər. Ötən mövsümlə müqayisədə “Qəbələ” daha da güclənib. Çempionatda daha pozitiv futbol nümayiş etdirəcəyik”.