«İki fərqli hissə izlədik»
Xəbərlər / 2 Avqust 2013 | 22:19293
"Mənim üçün "Bakı" - "Qəbələ" matçı iki fərqli hissədən ibarət oldu. İlk hissədə futbolçularımız bacarıqlarını tam ortaya qoya bilmədilər. Onların oyunu alınmırdı. İkinci hissədə isə biz oyunumuzu bərpa edə bildik. Artıq komandamız normal oyun nümayiş etdirməyə başladı. Bu da başadüşüləndir. Çempionatın ilk oyununu keçirdik. Bu həm də səfərdə baş tutdu. Bu baxımdan komandanın üzərinə böyük məsuliyyət düşürdü". Bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının ilk turu çərçivəsində keçirilən "Bakı"-"Qəbələ" (1:2) oyunundan sonra söyləyib. Rusiyalı mütəxəssisin fikrincə, komanda üzərinə düşən məsuliiyəti dərk edib və bu səbəbdən də matçı qələbə ilə yekunlaşdırıb: "Komandamız üzərinə düşən məsulliyəti dərk edirdi. Bu səbəbdən də "Qəbələ" ikinci hissədə fərqli oyun nümayiş etdirdi və lazımlı nəticəni qazandı. Bizim növbəti oyunlarda da yeganə hədəfimiz var: hər oyunda qələbə qazanmaq. Bunun öhdəsindən gəlməklə məqsədlərimizə nail olacağıq".