«İki fərqli hissə izlədik»
Xəbərlər / 8 Dekabr 2013 | 19:51271
Premyer Liqanın XVI turu çərçivəsində baş tutan "Qəbələ"-"Simurq" (2:1) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük: "İki fərqli hissə izlədik. İlk hissədə çox pis oyun nümayiş etdirdik. Fasilə zamanı komandaya ciddi iradlarımı bildirdim. Fikrimcə ikinci hissədə komanda toparlandı. Daha aqressiv oynamağa başladıq. Ardıcıl qol epizodları yaratdıq. Düşünürəm ki, layiqli qələbə qazandıq. "Simurq" çox çətin rəqibdir. Onlar müdafiədə çox diqqətli oynayırlar. Rəqibin çempionatın ən az qol buraxan komandalarından olması da müdafiənin gücündən xəbər verir. Bu səbədən də "Simurq"a qol vurmaq çox çətindir".