“Qəbələ”nin futbolçuları Azərbaycan milli komandasının yoxlama oyununda iştirak ediblər. Yığmamızın Türkiyənin Antalya şəhərində Makedoniya ilə üz-üzə gəldiyi matçda “qırmızı-qaralar”ın iki üzvü meydana çıxıb. Start heyətində yer alan Ürfan Abbasov qarşılaşmada 90 dəqiqə oynayıb. Ruslan Qurbanov isə matçın 59-cu dəqiqəsində meydana daxil olub. Antalyada baş tutan görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Xatırladaq ki, martın 23-də Bakıda keçirilən Azərbaycan – Belarus matçında (0:1) Ürfan və Ruslan, həmçinin Asif Məmmədov meydana çıxmışdı.