Bu gün Azərbaycan milli komandası növbəti oyununu keçirib. Yığmamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə qarşılaşıb. Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə “Qəbələ”nin iki futbolçusu iştirak edib. Start heyətində yer alan Cavid Hüseynov 90 dəqiqə meydanda olub. Araz Abdullayev isə matçın 90-cı dəqiqəsində oyuna daxil olub. Qarşılaşma Şimali İrlandiya yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qarşılaşma Cavidin milli komandada 48-ci, Arazın 22-ci oyunu olub. Hüseynovun hesabında 2, Abdullayevin 1 qolu var.