Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Yığmamız Latviya ilə görüşdə qüvvəsini sınayıb. Riqadakı “Dauqava” stadionunda baş tutan matçda “Qəbələ”nin iki futbolçusu iştirak edib. Ürfan Abbasov start heyətində meydana çıxıb. Görüşün 66-cı dəqiqəsində onu komanda yoldaşı Təmkin Xəlilzadə əvəzləyib. Milli komanda Latviya ilə görüşdə 3:1 hesabı ilə qalib gəlib. Bu, Abbasovun yığmada 7-ci (1 qol), Xəlilzadənin 5-ci oyunu olub.