Topaz Premyer Liqasının IV turunun rəmzi komandası müəyyənləşib. Peşəkar Futbol Liqasının “İnstat” şirkətinin təhlilləri əsasında açıqladığı “11-lik”də “Qəbələ”nin iki futbolçusu yer alıb. Bunlar müdafiəçi İlqar Qurbanov və yarımmüdafiəçi Sabien Lilaydır. Onların hər biri 2-ci dəfə rəmzi komandaya daxil edilib. İlqarla Sabien I turda da “11-lik”də yer almışdı.