İki futbolçumuz U-16-da
Xəbərlər / 11 May 2021 | 19:22145
İki futbolçumuz U-16-da

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün təlim-məşq toplanışına start verib. Mayın 18-dək davam edəcək hazırlıqlarda “Qəbələ”nin iki oyunçusu da iştirak edəcək. Allahverdi Rəhimov və Cumalı Hüseynov Bakıda təşkil olunan toplanışa qatılıb. Miloş Velebitin rəhbərliyi altında keçirilən hazırlıq prosesinə Elit-məşq layihəsinin bölgələrdə fəaliyyət göstərən baş məşqçiləri də dəvət olunub.