İki futbolçumuz U-18-də
Xəbərlər / 15 Sentyabr 2024 | 16:48748
İki futbolçumuz U-18-də

“Qəbələ”nin iki futbolçusu Azərbaycanın U-18 yığmasına çağırılıb. Həbib Hüşənov və Ziya Şəkərxanov 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışına dəvət alıblar.

 

Hazırlıq prosesi sentyabrın 16-dan 24-dək Qəbələdə təşkil olunacaq. U-18-in toplanış çərçivəsində yerli klublarla 2 yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulub.