İki futbolçumuz U-19-da
Xəbərlər / 5 Oktyabr 2025 | 22:0217554
İki futbolçumuz U-19-da

“Qəbələ”nin iki futbolçusu Azərbaycanın U-19 millisinə çağırılıb.

 

Həbib Hüşənov və Ziya Şəkərxanovun heyətində yer aldığı 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 5-6 oktyabrda Bakıda, 6-12 oktyabrda isə Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışında olacaq. U-19 millimiz Daşkənd toplanışı zamanı oktyabrın 9-da və 12-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.