“Qəbələ”nin iki futbolçusu Azərbaycanın U-19 millisinə çağırılıb.
Həbib Hüşənov və Ziya Şəkərxanovun heyətində yer aldığı 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması noyabrın 5-dən 8-dək Bakıda təlim-məşq toplanışı keçəcək, ayın 9-dan 19-dək isə Maltada Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.
13-cü qrupda yer alan U-19 millimiz Çexiya, Şimali İrlandiya və Malta yığmaları ilə qarşılaşacaq. Qrupun oyunları Maltada təşkil olunacaq.