21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Yığmanın Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışı üçün nəzərdə tutulan heyətinə 26 futbolçu dəvət olunub. Yanvarın 9-dan 27-dək olan müddətdə baş tutacaq hazırlıqlara “Qəbələ”nin də iki üzvü çağırılıb. Bunlar Qismət Alıyev və Hacıağa Hacılıdır. Sonuncu toplanışın ilk günündən millinin düşərgəsində olacaq. Alıyev isə yığmaya yanvarın 17-də qoşulacaq.