İki futbolçumuz U-21-də
Xəbərlər / 15 Mart 2025 | 13:4162
İki futbolçumuz U-21-də

“Qəbələ”nin iki futbolçusu Azərbaycanın U-21 yığmasına çağırılıb.

 

İbrahim Ramazanov və Emil Süleymanov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlığına qatılacaqlar. Yığmamız martın 17-də Bakıda, martın 18-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.

 

Hazırlıq çərçivəsində U-21-in martın 22-də Moldova, 25-də isə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü təşkil olunacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.