İki futbolçumuz U-23-də
Xəbərlər / 2 Avqust 2022 | 20:55217
İki futbolçumuz U-23-də

23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. “Qəbələ”nin iki oyunçusu hazırlıq prosesində iştirak edir. Bu futbolçular İbrahim Ramazanov və Mehrac Baxşalıdır.

Türkiyənin Konya şəhərində təşkil olunacaq V İslam Həmrəyliyi oyunlarında mübarizə aparacaq millimiz avqustun 2-dən 4-dək hazırlıq keçəcək. Milli Komandaların Məşq Mərkəzində təşkil olunacaq təlim-məşq toplanışından sonra yığmamız avqustun 5-də Konya şəhərinə yola düşəcək.