«İki xal itirdik»
Xəbərlər / 4 Oktyabr 2012 | 19:05291
«İki xal itirdik»

Premyer Liqanın 8-ci turunda “Qəbələ” səfərdə “Bakı” (1:1) ilə qarşılaşdı. Matçdan sonra açıqlama verən “qırmızı-qaralar”ın baş məşqçisi Ramiz Məmmədov sözügedən qarşılaşmada “Qəbələ”nin iki xal itirdiyini bildirdi:
“Çətin oyun olacağını bilirdik. “Bakı” ötən həftə məğlub olmuşdu.  Bu matça qələbə qazanmaq üçün çıxmışdılar. Daha öncə bəyan etdiyim kimi biz də meydançaya 3 xal qazanmaq üçün çıxmışdıq. Heyətdə itkilərimiz var idi. Omar Kalabane zədəli, Aleksandr Çertoqanov cəzalı idi. Nodar Məmmədov isə görüş öncəsi zəhərlənmişdi. 60 dəqiqə azlıqda mübarizə apadıq.Buna baxmayaraq, komandam əzmkarlıq göstərdi, mübariz oyun nümayiş etdirdi. Futbolçularıma təşəkkürümü bildirirəm. Deyərdim ki “Qəbələ” bu matçda 2 xal itirdi. 3 günlük istirahətdən sonra biraraya gələrək növbəti oyuna hazırlaşacağıq”.