Misli Premyer Liqasının V turunun “Kəpəz” – “Qəbələ” oyunundan (1:0) sonra komandamızın məşqçisi Amil Ağacanovun mətbuat konfransı keçirilib. Məşqçi qarşılaşma barədə fikirlərini açıqlayıb:
“Stadionda çox möhtəşəm ab-hava var idi. Belə stadionlar, belə azarkeşlərlə Azərbaycan futbolu inkişaf edəcək. Oyuna gəlincə, ikinci hissədə daha yaxşı təsir bağışladıq. İkinci yarıda ilk hissəyə baxanda daha çox topa nəzarət etdik. Birinci hissədə top itkilərimiz çox oldu. Bu gün bizdə aqressiya yox idi. Ola bilər ki, individual hansısa futbolçu güclü olsun, amma istək-xarakter olmasa, çox çətin olacaq. Bu gün rəqib bizdən daha istəkli idi və qələbə qazandı”.