«İkinci hissədə komanda çox çalışdı»
Xəbərlər / 3 Noyabr 2013 | 22:34264
Premyer Liqanın XII turu çərçivəsində baş tutan "Qarabağ"-"Qəbələ" (4:3) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Çox maraqlı oyun oldu, təəssüf ki, bizim xeyrimizə başa çatmadı. Müdafiədə çox səhvlər buraxdıq, rəqib bu səhvlərə görə bizi cəzalandırdı. İkinci hissədə komanda çox çalışdı, sona kimi mübarizə apardıq. Qələbə qazana bilmədiyimiz üçün üzülürəm. Təəssüf ki, oyuna az sayda azarkeş gəlmişdi. Bu oyun istənilən çempionatın bəzəyi ola bilərdi”