«İkinci hissədə lazımi sürəti qoruya bilmədik»
Xəbərlər / 20 Aprel 2014 | 17:49197
Premyer Liqanın XXXI turu çərçivəsində baş tutan "Rəvan"-"Qəbələ" (1:2) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük: "İlk hissədə oyunumuz yaxşı alındı. Hücumlarımız sürətli alındı. Bunun nəticəsində iki qol vurduq. İkinci hissədə isə oyunumuz istədiyimiz kimi alınmadı. Düzgün oynamadıq. Topu əsasən meydançanın özümüzə aid hissəsində nəzarətdə saxlamağa çalışdıq. Lazımı sürəti qoruya bilmədik və nəticədə qapımızda qol gördük”