Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən AZAL – “Qəbələ” matçından sonra (0:1) “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Bu, ilin son oyunu idi. Ümumilikdə 2016-cı ili komandam üçün uğurlu hesab edirəm. Yaxşı nəticələr qazandıq. Hamınızı yeni il münasibətilə təbrik edirəm. Yarımfinal haqda indidən danışmaq hələ tezdir. “İnter” yox, başqa komanda ilə düşsəydik də asan olmayacaqdı. Yarımfinalda zəif rəqibə rast gəlmirsən. Komandamızın bütün gənc oyunçularının şans qazanmaq imkanı var. Mən də istəyirəm ki, onlar daha çox şans qazansınlar. Bunun üzərində çalışırıq. Qarşıda komandamızı təlim-məşq toplanışı gözləyir. Bu hazırlıq prosesində çox sayda gəncə şans verəcəyik. Toplanışa gəlincə, bunun üzərində işləyirik. Ancaq bu məsələ konkretləşməyib. Komandada müəyyən dəyişikliklər də olacaq. Ancaq qış fasiləsində oyunçu tapmaqda çətinlik çəkirik”.