Dekabrın 24-də Azərbaycan Premyer Liqasında 2020-ci ilin son oyunları keçiriləcək. XIII turda “Səbail”lə qarşılaşacaq “Qəbələ” ili səfər matçı ilə başa vuracaq. I dövrədə Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmada 1:1 hesablı heç-heçə edən rəqiblər ümumilikdə 15-ci dəfə görüşəcək.
Əvvəlki 14 matçda üstünlük “qırmızı-qaralar”ın tərəfindədir. “Qəbələ” oyunların yarısında – 7 dəfə qalib gəlib. 4 heç-heçəsi olan komandamız yalnız 3 dəfə uduzub. 40 qolun vurulduğu matçlarda top fərqi də futbolçularımızın xeyrinədir – 25:15. “Səbail”lə oyunlarda Baqali Dabo hamıdan çox - 6 qol vurub.
İndiyəqədərki 14 görüşdən 12-si Premyer Liqa, 2-si ölkə kubokuna təsadüf edib. Azərbaycan çempionatında 5 qələbə və 4 heç-heçəsi olan “Qəbələ” 3 yenilgi alıb. 20 qol vuran komandamız 13 top buraxıb.
Səfərdə keçirdiyi 7 matçda 2 qələbə və 2 heç-heçəsi olan “qırmızı-qaralar” rəqib meydanından 3 dəfə xalsız dönüb. 11 qol vuran komandamız eyni sayda qol buraxıb.
Xatırladaq ki, dekabrın 24-də keçiriləcək “Səbail” - “Qəbələ” görüşü saat 16:00-da başlayacaq.
2017/18 mövsümü
17.09.2017. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3
Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60
04.11.2017. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:1
Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88
11.12.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Səbail” – 1:0
Stiven Monroz, 59
15.12.2017. Azərbaycan kuboku. “Səbail” – “Qəbələ” – 2:4
Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75
24.02.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1
Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68
15.04.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1
Famussa Kone, 82 // Fəhmin Muradbəyli, 55
2018/19 mövsümü
12.08.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0
Asif Məmmədov, 23; Urfan Abbasov, 63; Ceyms Adeniyi, 82
09.12.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 0:0
10.03.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” –2:1
Ceyms Adeniyi, 49, 55 // Elvin Yunuszadə, 84
27.04.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1
Fəhmin Muradbəyli, 20; Ağabala Ramazanov, 25 // Bəhlul Mustafazadə, 41
2019/20 mövsümü
21.09.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:1
Mirabdulla Abbasov, 68 // Rövlan Muradov, 17
09.11.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0
Davit Volkov, 22, 45+2; Ülvi İsgəndərov, 90+2
16.02.2020. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 3:1
Mirsahib Abbasov, 57; Rauf Əliyev, 70; Hendrik Ekşteyn, 82 (p.) // Nikolas Raysel, 16
2020/21 mövsümü
24.10.2020. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1
Yurqen Qoxa, 4 // Hendrik Ekşteyn, 26