İlk altılığın bir addımlığında
Xəbərlər / 29 Fevral 2012 | 20:00417
İlk altılığın bir addımlığında

Martın 3-də Unibank Premyer Liqasının XXII turunda “Qəbələ” “Rəvan”la qarşılaşacaq. Şənbə günü baş tutacaq görüş komandalar arasında 2-ci görüşdür. Belə ki, “Qəbələ” Premyer Liqanın debütantı ilə cəmi 1 dəfə qarşılaşıb. Bu da cari mövsümün I dövrəsinə təsadüf edib. Ötən il sentyabrın 30-da Qəbələdə keçirilən oyun meydan sahibləri üçün uğursuz bitmişdi – 2:3. Həmin qarşılaşmadan 155 gün sonra “Rəvan”la səfərdə qüvvəsini sınayacaq Fatih Kavlakın yetirmələri bu dəfə fərqli durumda olan rəqiblə qarşılaşacaq. Belə ki, “Qəbələ”dən fərqli “Rəvan” ilk “altılıq” ümidlərini rəsmən itirib. “Qəbələ” isə bu matçda xal qazanmaqla digər rəqiblərinin nəticələrindən asılı olmayaraq ilk altılıq vəsiqəsini təmin edəcək. 

2011/12

30.09.2011

Premyer Liqa

Qəbələ - Rəvan 

2:3