İlk ev oyununda qələbə
Xəbərlər / 21 Avqust 2021 | 19:58228
İlk ev oyununda qələbə

“Qəbələ” – “Keşlə” – 2:1

21 avqust 2021. Saat 18:00. Qəbələ şəhər stadionu, 400 tamaşaçı

Baş hakim: Rəşad Əhmədov

Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Eyyub İbrahimov

Dördüncü hakim: Tural Qurbanov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Sarı vərəqələr: Stefan Vukçeviç, 64 (qeyri-idman hərəkəti); Məqsəd İsayev, 68 (qeyri-idman hərəkəti); Rüfət Əhmədov, 86 (qeyri-idman hərəkəti); Emil Səfərov, 90+2 (qeyri-idman hərəkəti); İsnik Alimi, 90+5 (qeyri-idman hərəkəti) // Azər Salahlı, 45+1 (qeyri-idman hərəkəti); Omar Qudiabi, 80 (qeyri-idman hərəkəti); Şəhriyar Əliyev, 90+5 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Şəhriyar Əliyev, 90+5 (qeyri-etik ifadə və ya hərəkət)

Rəsmi şəxslərə göstərilən sarı vərəqələr (“Qəbələ”): Vüqar Məmmədov, 44 (hakimin qərarına etiraz); Rasim Ramaldanov, 86 (texniki zona qaydalarını pozduğuna görə)

Qollar: Yaovi Akakpo, 11; Rafael Utziq, 30 // Anatole Abanq, 77

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.

 

Azərbaycan Premyer Liqasında II tura start verilib. İlk oyun günü Qəbələ şəhər stadionunda başlayıb. Mövsümdə ilk ev matçına çıxan “Qəbələ” “Keşlə”ni qəbul edib. Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində bir dəyişikliyə ehtiyac duyub. Murad Musayev ilk “11-lik”də Ehtiram Şahverdiyevi əvəzləyib.

Oyuna paytaxt təmsilçisi daha fəal başlayıb. Rəqib həmlələrin qarşısını inamla alan “qırmızı-qaralar” əks-hücumlar qurub. “Qəbələ”nin sürətli hücumlarından biri qolla nəticələnib. Rüfət Əhmədovun sol cinahdan ötürməsini Yaovi Akakpo akrobatik tullanışla dəqiq tamamlayıb – 1:0. Buraxılan qoldan sonra bakılılar irəli atılıb. Komandamızın hücumları isə daha kəsərli alınıb. Məqsəd İsayevin zərbəsini rəqib qapıçı qaytarsa da, özünü yetirən Rafael Utziq fərqi iki topa çatdırıb. Az keçməmiş Məqsədin özü fərqlənməyə yaxın olub. Lakin Rövlan Muradovun sağ cinahdan ötürməsindən sonra İsayev topu boş qapının üstündən vurub. Qarşılıqlı hücumlarla davam edən ilk yarıda hesab dəyişməyib.

İkinci hissədə də oyunun axarı eyni olub. Qonaqlar məğlubiyyətdən qaçmaq üçün fəallıq nümayiş etdirib. Lakin “qırmızı-qaralar”ın sürətli hücumları daha yaddaqalan alınıb. Stefan Vukçeviç bu epizodların birində qola yaxın olsa da, imkanı qaçırıb. Rafael Utziq bir neçə dəfə əlverişli mövqeyə çıxıb. Lakin braziliyalı rəqib qapısına yol tapa bilməyib. Paytaxt təmsilçisi matçın sonlarında buraxılan toplardan birinin əvəzini çıxıb. Görüşün son dəqiqələri qarşılıqlı təhlükəli həmlələrlə əlamətdar olub. Amma komandalardan heç biri hesabı dəyişə bilməyib. Beləliklə, 2:1 hesabı ilə qalib gələn “Qəbələ” mövsümdə ilk qələbəsini rəsmiləşdirib.

 

“Qəbələ”

94. Nicat Mehbalıyev

19. Rövlan Muradov

(14. Ülvi İsgəndərov, 82)

28. Murad Musayev

27. Məqsəd İsayev

34. Urfan Abbasov (k)

17. Yaovi Akakpo

8. Stefan Vukçeviç

23. Rafael Utziq

5. İsnik Alimi

4. Ruan Renato

12. Rüfət Əhmədov

(77. Emil Səfərov, 87)

 

Ehtiyat oyunçular:

 

1. Kristof Atanqana

36. Elməddin Sultanov

7. Ehtiram Şahverdiyev

6. Kamal Mirzəyev

88. Gülağa Əsədov

18. Mehrac Baxşalı

20. Rauf Rüstəmli

 

Baş məşqçi: Elmar Baxşıyev

 

“Keşlə”

1. Stanislav Namaşko

3. Tərlan Quliyev (k)

19. Azər Salahlı

2. İlkin Qırtımov

7. Rəhman Hacıyev

(29. Amil Yunanov, 62)

4. Şəhriyar Əliyev

9. Anatole Abanq

77. Merab Qiqauri

72. Aldair Neto

(17. Omar Qudiabi, 46)

10. Felipe Santos

14. Turan Vəlizadə

 

Ehtiyat oyunçular:

 

85. Kamal Bayramov

27. Əkpər Vəliyev

18. Ruslan Əmircanov

20. Rail Məlikov

5. Kərim Diniyev

99. Rafael Məhərrəmli

21. Miyusko Boyoviç

22. Elçin Mustafayev

50. Samir Abdullayev

 

Baş məşqçi: Sənan Qurbanov