2015-2016 mövsümünün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” sabah ilk yoxlama oyununu keçirəcək. Yanvarın 10-dan Antalyada məşq edən “qırmızı-qaralar”ın ilk rəqibi Almaniyanın “Osnabryuk” klubu olacaq. Bu matç Roman Qriqorçukun yetirmələrinin 2016-cı ildə ilk sınağıdır. Ölkə çempionatının 3-cü liqasında çıxış edən bu komanda 1899-cu ildə yaradılıb. Ən yaxşı illərini 2-ci Bundesliqada keçirən komanda 2011-ci ildən 3-cü Liqada mübarizə aparır. Ötən mövsüm 11-ci olan “Osnabryuk” hazırda - 21 turdan sonra 32 xalla 4-cü pillədə qərarlaşıb. Antalyada ilk sınağına 2 gün öncə çıxan Almaniya təmsilçisi İsveçrənin “Vil” komandasını 2:0 hesabı ilə məğlub edib.
2016-cı ildə ilk matçına çıxacaq “Qəbələ” tarixində 76-cı yoxlama oyununa çıxacaq. Əvvəlki 75 qarşılaşmada 34 qələbə qazanan komandamız 15 heç-heçə edib və 26 dəfə uduzub. 120 qol vuran futbolçularımız xarici klublardan 85 top buraxıb. Həmin qarşılaşmalardan 52-si Türkiyə, 8-i Sloveniya, 5-i İngiltərə, 4-ü Hollandiya, 3-ü Avstriya, 1-i Ukraynada baş tutub. 2 görüş isə Qəbələdə keçirilən turnirə təsadüf edib. “Qırmızı-qaralar” indiyədək 1 dəfə Almaniya təmsilçisi ilə yoxlama matçında qüvvəsini sınayıb. 2013-cü ilin əvvəlində Türkiyədə “İnqolşatadt”la üz-üzə gələn komandamız 3:4 hesabı ilə uduzmuşdu.
“Qəbələ” – “Osnabryuk” matçı Bakı vaxtı il saat 17:30-da başlayacaq. Görüş “Gloria” məşq meydançalarında keçiriləcək.
Yoxlama oyunu
16 yanvar
17:30. “Qəbələ” – “Osnabryuk” (Almaniya)
“Gloria” məşq meydançalarl