Azərbaycan kubokunda 1/8 final mərhələsinin təyinatları müəyyənləşib. Bu gün start götürəcək mərhələnin oyunlarını idarə edəcək hakimlər də bəlli olub.
“Qəbələ”nin “İmişli” ilə dekabrın 19-da keçiriləcək səfər matçını Emin Əliyev idarə edəcək. Onun köməkçiləri Pərvin Talıbov və Gülnurə Əkbərzadə olacaq. Dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək “İmişli” – “Qəbələ” qarşılaşması saat 16:00-da başlayacaq.
Azərbaycan kuboku
1/8 final
19 dekabr (çərşənbə axşamı)
16:00. “İmişli” – “Qəbələ”
Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Qəbələ şəhər stadionu