I Liqada XIV turun təyinatları açıqlanıb.
Fevralın 13-14-də baş tutacaq görüşlərin hakimləri bəlli olub. “Qəbələ”nin “İmişli” ilə səfər matçının təyinatları da müəyyənləşib.
Turun ilk günündə keçiriləcək qarşılaşmanın baş hakimi Nicat İsmayıllı olacaq. Ona Asif Abdullayev və Zakir Şükürzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru Babək Quliyev, AFFA nümayəndəsi Azər Əsgərov olacaq.
Qeyd edək ki, fevralın 13-də Heydər Əliyev adına İmişli şəhər stadionunda keçiriləcək “İmişli” – “Qəbələ” matçı saat 14:00-da başlayacaq.