I Liqada XXII turun təyinatları açıqlanıb.
Aprelin 17-18-də baş tutacaq turun görüşlərinin hakimləri bəlli olub. “Qəbələ”nin “İmişli” ilə səfər matçının təyinatları da müəyyənləşib.
Turun ikinci günündə keçiriləcək qarşılaşmanın baş hakimi Elvin Bayramov olacaq. Ona Rasim Axundov və Asif Abdullayev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Emin Əliyev yerinə yetirəcək. Görüşün hakim-inspektoru Munis Abdullayev, AFFA nümayəndəsi Erkin Hüseynov olacaq.
Qeyd edək ki, aprelin 18-də Heydər Əliyev adına İmişli şəhər stadionunda keçiriləcək “İmişli” - “Qəbələ” matçı saat 16:30-da başlayacaq.