“İmişli” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 14 Oktyabr 2025 | 12:2516220
“İmişli” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında VIII turun oyunları üçün təyinatlar açıqlanıb. 

 

Oktyabrın 18-də Quba Olimpiya İdman Kompleksində keçiriləcək "İmişli" - "Qəbələ" qarşılaşmasının baş hakimi İnqilab Məmmədov olacaq. Ona Namiq Hüseynov və Rahil Ramazanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elvin Bayramov yerinə yetirəcək. 

 

Tural Qurbanov VAR, Şirmamed Mamedov AVAR olacaq. Ömər Paşayev hakim-inspektor, Erkin Hüseynov AFFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, “İmişli” – “Qəbələ” oyunu saat 14:30-da başlayacaq.