İmran Yusifov Avropa kubokunda bürünc medal qazandı
Xəbərlər / 6 Mart 2016 | 15:41364
İmran Yusifov Avropa kubokunda bürünc medal qazandı

“Qəbələ” İdman Klubunun cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələrin Avropa kubokunda daha bir medal qazanıb. Qonşu ölkədə təşkil olunan yarışın ikinci günü klubumuzun Qəbələ bölməsinin idmançısı İmran Yusifov üçün uğurlu alınıb. 90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarışa gürcüstanlı Aleksi Svanidze üzərində qələbə ilə başlayıb. Türkiyəli Əmrullah Uçara uduzduqdan sonra Yusifovun təsəlliverici görüşlərə qatılıb. Azərbaycan millisinin digər üzvləri Adil Kərimli və Abdulla İsmayılovla görüşlərdən qalib ayrılan İmran bürünc medal uğrunda qarşılaşmada da komanda yoldaşı ilə üz-üzə gəlib. Cəfər Əkbərli üzərində qələbə isə idmançımıza bürünc medal qazanıb, fəxri kürsüdə yer almaq imkanı yaradıb.
Xatırladaq ki, yarışın ilk günündə “Qəbələ”nin üzvlərindən Şəhanə Hacıyeva (44 kq) və Rövşən Əliyev (50 kq) qızıl medal qazanmışdı.