Azərbaycan yığmasının və “Qəbələ” İdman Klubunun cüdoçusu İmran Yusifov növbəti mükafatını qazanıb. +100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Avropa Kubokunda uğura imza atıb.
Yusifov 1/4 finalda Luka Violiçə (Xorvatiya), yarımfinalda Ceymi Uilyamsa (Böyük Britaniya) qalib gəlib. İmran qızıl medal uğrunda qarşılaşmada Marsel Skaletslə (Xorvatiya) üz-üzə gəlib. O, finalda rəqibini məğlub edərək, qızıl medal qazanıb.